13:22 27-07-2021
news_image
349
FUTBOL

“Azərbaycana qələbə dalınca gedəcəyik” - “Olimpiakos”un baş məşqçisi

“Bakıya ciddi itkilərlə yollanacağıq. Bəzi oyunçularımız iştirak etməyəcək”.

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu öncəsi deyib.

Klubun bazasında “Zoom” vasitəsilə təşkil edilən mətbuat konfransında portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Hansı futbolçular bu görüşü buraxacaq?
- Çox oyunçu səfərə aparılmayacaq. Sokratis Papastatopulos, Yann Mvila, Tikinyo, Oleq Ryabçuk, Ögmundur Kristinsson, Agibu Kamara və Andreas Buxalakisin adını çəkə bilərəm. Buna baxmayaraq, Azərbaycana qələbə dalınca gedəcəyik.

- Ciddi itkilərə baxmayaraq, ilk görüşdəki qələbənin sirri nədir?
- Heç bir sirr yoxdur. Hazırlıqdan çox şey asılıdır. Çox məşq edirik və oyunlara ciddi hazırlaşırıq.

- Ehtiyat qüvvə sabahkı görüşə hazırdırmı və bu riskin öhdəsindən necə çıxacaqsınız?
- Problemlərin öhdəsindən gəlməyi və yeni sınaqlardan keçməyi xoşlayıram. “Olimpiakos”un böyük futbolçuları var. Hamıya şans vermək yaxşı haldır. Bu da oyunçularda təcrübə formalaşdırır. Ehtiyat oyunçuları hazırlamaq və onlardan yararlanmaq mənim üçün xoşdur. İnanıram ki, “Olimpiakos” bu heyətlə irəli gedəcək.

- İtkilərə baxmayaraq, Bakıdakı məşqdən imtina etdiniz. Bu riskli addım komandanızın ziyanına işləməz?
- Bütün bunlara hazırıq.