13:52 27-07-2021
news_image
403
FUTBOL

“Sumqayıt”ın oyunu canlı yayımda – eyni kanalda

Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt” – “Çukariçki” oyununun yayımlanacağı televiziya kanalı bəlli olub.

Apasport.az saytının məlumatına görə, iyulun 29-da baş tutacaq qarşılaşma “İctimai TV”də canlı yayımlanacaq.

Azərbaycan və Serbiya təmsilçilərinin cavab oyunu saat 20:00-da başlayacaq. Görüş Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Qeyd edək ki, komandalar arasında iyulun 21-də baş tutan ilk matç da eyni kanalla canlı yayımlanıb.