00:23 28-07-2021
news_image
164
FUTBOL

Messini məşqə çağırdı – “Barselona” rəhbərliyi

Argentina millisinin kapitanı Lionel Messiyə “Barselona”dan ismarıc göndərilib.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi müqavilə müddəti başa çatan və hazırda azad agent statusu daşıyan 34 yaşlı futbolçunu bazaya çağırıb.

Klub rəhbərliyi Leonun avqustun 2-dən kollektivlə birlikdə məşqlərə qatılmasını istəyib. Kataloniyalılar həmin vaxta qədər onunla yeni müqavilə imzalamağı planlaşdırır. Messi ilə yanaşı, milli komandaları ilə Amerika kubokuna qatılan argentinalı Serxio Aquero və braziliyalı Emerson da həmin gün məşqlərə qoşulacaq.

Qeyd edək ki, “Barselona” ilə Lionel Messi yeni 5 illik müqavilə imzalanması ilə bağlı ilkin razılıq əldə edib.