15:43 27-07-2021
news_image
119
FUTBOL

Müdafiəçisini satdı – “Tottenhem”

“Tottenhem”in müdafiəçisi Tobi Alderveyreld klubla yollarını ayırıb.

Apasport.az-ın məlumatına görə, bu barədə londonlular rəsmi saytı vasitəsilə xəbər yayıb.

Premyer Liqa klubu Belçika millisinin üzvünü Qətər təmsilçisi “Əl-Duhail”ə satıb. 32 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Oyunçunun transfer qiyməti ilə bağlı açıqlama verilməsə də, bu keçidin “Tottenhem”ə 15,2 milyon avroluq gəlir qazandırdığı bildirilib.

Qeyd edək ki, Tobi Alderveyreld 2015-ci ildən şərəfini qoruduğu “Tottenhem”in heyətində 236 matçda iştirak edib.