15:54 27-07-2021
news_image
305
FUTBOL

Bəhlul Mustafazadə ilə bağlı heç bir təklif yoxdur - meneceri

“Bəhlul Mustafazadəyə heç bir klubdan təklif gəlməyib”.

Bunu apasport.az saytına Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna transferi baş tutmayan Bəhlul Mustafazadənin meneceri Səbuhi Səfiyarlı deyib.

Agent bildirib ki, “Sabah”la müqaviləsinə xitam verildiyi üçün azad agent statusu daşıyan milli komandamızın müdafiəçisinin “Qarabağ”a keçməsi ilə bağlı məlumatlar reallığa uyğun deyil: “Razılaşaq ki, Bəhlul kimi futbolçunun boşda qaldıqdan sonra ölkənin ən güclü klubları ilə adının hallanması normaldır. Ancaq biz nə “Qarabağ”, nə də digər klublardan təklif almışıq. Ümumiyyətlə, bununla bağlı heç bir müraciət olmayıb”.

Səfiyarlı 24 yaşlı oyunçunun “Sabah”la yeni müqavilə imzalamasını da istisna etməyib: “Yəqin ki, “Sabah”la da danışıq olacaq. Ancaq hələlik bununla bağlı heç bir yenilik yoxdur”.

Qeyd edək ki, Bəhlul Mustafazadə “Sabah”dan “Əl-Əyn”ə transfer olunsa da, BƏƏ təmsilçisi onun keçidindən son anda imtina edib. Bu səbəbdən Bakı təmsilçisi FİFA-ya şikayət etməyi planlaşdırır.