16:30 27-07-2021
news_image
321
TOKİO-2020

Güləşçilərimiz Tokioya yollandı – Olimpiadaya

Azərbaycan güləş yığmaları Yaponiyaya yollanıb.

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək pəhləvanlarımız mübarizəyə qoşulmazdan 5 gün əvvəl “Gündoğar ölkə”yə gedib.

Güləşçilərimiz Olimpiadada 7 nəfərlə təmsil olunacaq. Sərbəst güləş yığmasında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq. 

Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) yunan-Roma güləşində ölkəmizi təmsil edəcək. Mariya Stadnik (50 kq) ilə Elis Manolova (68 kq) qadın güləşində gücünü sınayacaq.