23:14 27-07-2021
news_image
205
FUTBOL

70-ci sınaq – “Neftçi”dən

“Neftçi” avrokuboklarda yubiley oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Olimpiakos”la Bakıda keçiriləcək cavab matçı “ağ-qaralar”ın 70-ci sınağı olacaq.

Qitə miqyaslı turnirlərdə 1995-ci ildə debüt edən Bakı klubu indiyədək 69 qarşılaşmaya çıxıb. Bu müddətdə paytaxt təmsilçisi 23 qələbə qazanıb.

“Neftçi” 26 ildə 17 heç-heçə edib və 29 dəfə məğlub olub. Rəqib qapılarına 79 dəfə yol tapan flaqman Yunanıstan təmsilçisini məyus etsə, ilk top 80-ci olacaq. “Ağ-qaralar” indiyədək öz qapısından 102 top buraxıb.

Qeyd edək ki, “Neftçi” – “Olimpiakos” görüşü sabah “Bakcell Arena”da keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.