21:54 27-07-2021
news_image
380
FUTBOL

HİK variantı - “Neftçi”yə

Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasındakı potensial rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə qarşılaşan Bakı klubu turnirlə vidalaşsa, Avropa Liqasına yollanacaq.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində paytaxt təmsilçisini və ya Pirey klubunu Finlandiya HİK-i gözləyir. Helsinkililər “Olimpiakos” – “Neftçi” cütünün məğlubu ilə görüşəcək.

Bu, HİK-in “Malmo” ilə duelindən sonra bəlli olub. İlk oyunda 2:1 hesablı ev qələbəsi qazanan İsveç çempionu səfərdə heç-heçəyə imza atıb – 2:2. Bununla da “Malmö” Çempionlar Liqasında, HİK Avropa Liqasında yoluna davam edəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsi avqustun 5-də və 12-də keçiriləcək. İlk matç “Olimpiakos” – “Neftçi” cütünün məğlubunun, cavab qarşılaşması Finlandiya təmsilçisinin meydanında baş tutacaq.