21:55 27-07-2021
news_image
856
FUTBOL

70 dəqiqə oynadı, komandası mərhələ adladı – Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının matçında meydana çıxıb.

O, II təsnifat mərhələsinin “Flora” ilə Estoniyadakı cavab qarşılaşmasında start heyətində yer alıb. Görüşdə hesab 67-ci dəqiqədə açılıb.

Ötən həftə 2:1 hesablı ev qələbəsi qazanan “Legiya” bu qolla ümumi üstünlüyünü artırıb. Mahir qoldan üç dəqiqə sonra əvəzlənib. Minimal hesablı qələbə hesabını qoruyan Polşa çempionu növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Legiya” III təsnifat mərhələsində Xorvatiya “Dinamo”su ilə görüşəcək. Mahirin komandası avqustun 3-4-də Zaqrebdə, 10-da Varşavada meydana çıxacaq.