08:49 28-07-2021
news_image
318
TOKİO-2020

Məmmədəli Mehdiyev medalsız qaldı - Tokio-2020

Azərbaycan yığmasının daha bir cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.

Apasport.az saytının məlumatına görə, Məmmədəli Mehdiyev ikinci görüşündə məğlubiyyətə düçar olub.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Cüdo
28 iyul
90 kq

Məmmədəlinin ilk dueli 1/16 finalda Qazaxıstan təmsilçisi İslam Bozbayevə qarşı olub. Rəqibinə vazari ilə qalib gələn təmsilçimiz növbəti mərhələdə özü məğlub olub. O, 1/8 finalda Mixail İqolnikovla (Rusiya) dueldə yenilib. Rəqib vazari ilə qalib gələrək yoluna davam edib. Mehdiyev isə Olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (81 kq) yarışı medalsız başa vurublar.