09:24 28-07-2021
news_image
156
TOKİO-2020

Tokio-2020: Tarixdə ilk – ABŞ-dan

Tokio-2020 Yay Olimpiya Oyunlarında qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, ABŞ millisi 4x200 m məsafəyə sərbəst üsulla üzgüçülükdə medalsız qalıb.

Bu idman növündə daimi favoritlərdən olan şimali amerikalıların estafetdə ilk belə uğursuzluğudur. Olimpiadalar tarixində heç bir üzgüçülük estafetində ABŞ mükafatsız qalmayıb. Bu seriya 96-cı yarışda qırılıb. Əvvəlki 95 estafet medalla başa çatıb.

Qeyd edək ki, Böyük Britaniya 1-ci, Rusiya 2-ci, Avstraliya 3-cü olub.