10:13 28-07-2021
news_image
158
FUTBOL

“Keşlə” və “Qəbələ” gerilədi – UEFA reytinqində

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ilk günü başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalardan sonra klubların UEFA reytinqində bəzi dəyişikliklər olub.

Bu, Azərbaycan klublarından yalnız ikisinin mövqeyinə də təsir edib. “Keşlə” və “Qəbələ” siyahıda geriləyib.

Bakı klubu 4,000 xalla Avropanın 267-cisidir. Paytaxt təmsilçisi 1 pillə geriləyib.

“Keşlə”ni keçən isə Albaniya “Teuta”sıdır. Farer adalarının təmsil edən HB isə bakılılara şəriklər sırasına qoşulub.

Farerlilərin irəliləyişi digər klubumuza təsir edib. 1 addım geriləyən “Qəbələ” isə 3,500 xalla 293-cü yerə düşüb.

Digər təmsilçilərimizin mövqeyi dəyişməz qalıb. “Qarabağ” 17,500 xalla 77-ci, “Neftçi” 7,000 xalla 151-cidir, “Sumqayıt”, “Səbail” və “Zirə” 2,675 xalla 341-cidir.

Qeyd edək ki, cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.