10:17 28-07-2021
news_image
131
TOKİO-2020

Gün vurdu, oyunu dayandırdı – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı tennisçi Paula Badosa qarşılaşmasını yarımçıq dayandırıb.

Xanım idmançının 1/4 finalı başa vura bilməməsinə günvurma səbəb olub. İlk setdə çexiyalı Marketa Vondrouşovaya 3:6 hesabı ilə uduzan ispaniyalı mübarizəni davam etdirə bilməyib.

Qeyd edək ki, çexiyalı yarımfinalda ukraynalı Elina Svitolina ilə qarşılaşacaq.