10:56 28-07-2021
news_image
260
TOKİO-2020

Tokio-2020: Olimpiada ilə vidalaşdı – 4 qat olimpiya çempionu

İdman gimnastikası üzrə dördqat olimpiya çempionu Simona Beyls Tokio-2020 Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük yarışlarında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, buna idmançının psixoloji problemləri səbəb olub.

ABŞ millisinin üzvü komanda yarışlarını da yarımçıq dayandırdıqdan sonra belə qərar verib. O, dayaqla tullanmadan sonra çıxışını başa vurub. Tibbi müayinədən sonra qərara alınıb ki, fərdi çoxnövçülükdə onu Keri Ceyd əvəz edəcək.

Qeyd edək ki, bu yarış iyulun 29-da baş tutacaq.