11:21 28-07-2021
news_image
295
FUTBOL

ABŞ-a texniki məğlubiyyət veriləcək – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, bu, qılıncoynatma yarışlarında baş verib.

Kişi sablyaçılardan ibarət ABŞ millisi Rusiya ilə 7-ci yer uğrunda qarşılaşmaya çıxmaqdan imtina edib. Buna 2 qılıncoynadanın zədələnməsi səbəb olub.

Qeyd edək ki, buna görə ABŞ millisinə texniki məğlubiyyət veriləcək.