11:31 28-07-2021
news_image
295
FUTBOL

Qələbə həsrətində - “Neftçi” tilsimi qırmalıdır

“Neftçi” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin “Olimpiakos”la cavab matçı uğursuz tarixə təsadüf edir.

Azərbaycan klubları heç vaxt iyulun 28-də avrokubok qarşılaşmasını qələbə ilə tamamlamayıb. “Neftçi” qələbə həsrətində olduğumuz günün tilsimini qırmalıdır.

İndiyədək 5 dəfə komandalarımız bu gündə meydana çıxıb. Onlardan ikisində heç-heçə qeydə alınıbsa, üç dəfə rəqiblər qalib gəlib.

Düzdür, heç-heçələrdən biri Fransada “Lill”ə qarşı olub. “Qəbələ”nin “Böyük beşlik” təmsilçisini keçməsində həmin sülhün rolu böyükdür. “Bakı” isə evdə “Levski” ilə qolsuz ayrılıb. Paytaxtın eyniadlı təmsilçisi, “Xəzər Lənkəran” və “Qarabağ” isə iyulun 28-də məğlubiyyət acısı yaşayan klublarımızdır.

Azərbaycan klubları iyulun 28-də
28 iyul 2005. “Jilina” (Slovakiya) – “Bakı” - 3:1
28 iyul 2005. “Xəzər Lənkəran” - “Nistru” (Moldova) - 1:2
28 iyul 2009. “Bakı” – “Levski” (Bolqarıstan) - 0:0
28 iyul 2011. “Brügge” (Belçika) – “Qarabağ” - 4:1
28 iyul 2016. “Lill” (Fransa) – “Qəbələ” – 1:1