12:25 28-07-2021
news_image
163
FUTBOL

“Olimpiakos” yenə qələbə qazanacaq? – “Neftçi” ilə görüşdə

Çempionlar Liqasının bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Neftçi”nin II təsnifat mərhələsində evdə keçiriləcək cavab matçının da favoritini müəyyənləşdirib.

“Neftçi” - “Olimpiakos” (Yunanıstan) görüşündə qonaqlar favoritdir. Bu gün “Bakcell Arena”da baş tutacaq matçda Ellada təmsilçisinin qələbəsi 1,97, “Neftçi”nin uğuru 3,76 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,42 əmsal verilib.

Qeyd edək ki, “Neftçi” – “Olimpiakos” qarşılaşması saat 21:00-da başlayacaq.