12:50 28-07-2021
news_image
106
FUTBOL

“Barselona”da problem – yetirməsini toplanışa aparmadı

İspaniyanın “Barselona” klubu futbolçusu İlayş Moriba ilə yeni müqavilə ilə bağlı razılıq əldə edə bilməyib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ona təklif olunan şərtlərlə razılaşmayıb.

Onun müqavilə imzalamaqdan imtinası klub rəhbərliyini narazı qalıb. Bu problem üzündən də Moriba Almaniyadakı təlim-məşq toplanışına aparılmayıb.

Qeyd edək ki, “Barselona”nın öz yetirməsi olan 18 yaşlı futbolçu La Liqanın ötən mövsümündə 14 oyunda 1 qol vurub.