14:08 28-07-2021
news_image
105
FUTBOL

Həm sağlamlığı, həm də fiziki durumu ilə bağlı problem – ulduz futbolçunun

Yeni mövsümün hazırlığına başlayan “Real” futbolçuları tibbi müayinədən keçib.

Apasport.az saytının məlumatına görə, komandanın ulduz futbolçusu Eden Azarın testlərinin cavabı klubun həkimlərini qorxudub.

Belçika millisinin üzvünün həm sağlamlıq, həm də fiziki durumu bərbad qiymətləndirilib. Fitness məşqçisi 30 yaşlı forvardın vəziyyətinin normallaşması üçün xüsusi proqram hazırlayıb. Azarın yeni mövsümün startına qədər forma yığmasının çətin olacağı bildirilir.

Qeyd edək ki, Eden Azar zədə səbəbindən “Real”ın ötən mövsüm 33 oyununu buraxıb.