15:01 28-07-2021
news_image
119
FUTBOL

88 milyonluq təklif – Premyer Liqa çempionundan

“Mançester Siti” “Aston Villa”nın yarımmüdafiəçisi Cek Qrilişin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” İngiltərə millisinin üzvü üçün ilk rəsmi müraciətini edib.

Premyer Liqa çempionu 26 yaşlı orta sahə oyunçusu üçün qarşı tərəfə 88 milyon avro və əlavə bonuslar təklif göndərib. Ancaq Birmingem təmsilçisi kapitanının satışından 117 milyon avroluq gəlir götürmək niyyətindədir.

Qeyd edək ki, Cek Qriliş 2012-ci ildən yetirməsi olduğu “Aston Villa”nın əsas komandasında yer alır.