15:42 28-07-2021
news_image
481
TOKİO-2020

Tokio-2020: Boksçumuz 1/4 finalda - Alfonsodan ad günü hədiyyəsi

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk döyüşünə çıxıb. 

Apasport.az saytının məlumatına görə, bu gün 26 yaşı tamam olan Avropa Oyunlarının qalibi ad gününə qələbə hədiyyə edib. 

O, 1/8 finalda Dilşotbek Ruzmetovu (Özbəkistan) mübarizədən kənarlaşdırıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes 4:1 hesabı ilə qalib gəlib. 

Alfonso 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gələcək. Döyüş iyulun 30-da baş tutacaq.