17:05 28-07-2021
news_image
178
FUTBOL

Azarkeş buraxılmayacaq – “Barselona” ilə “Yuventus”un oyununa

“Barselona” ilə “Yuventus” “Joan Qamper Kuboku”nda üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşma avqustun 8-də baş tutacaq.

“Nou Kamp”da keçiriləcək görüş azarkeşsiz olacaq. “Barselona” rəhbərliyi stadion tutumunun 20 faizinə qədər tamaşaçı buraxılması üçün müraciət etsə də, hökumət buna icazə verməyib.

Qeyd edək ki, “Joan Qamper Kuboku” hər ilin avqustunda yeni mövsüm öncəsi “Nou Kamp”da keçirilir. Ötən il azarkeşsiz baş tutan görüşdə Kataloniya klubu “Elçe” üzərində 1:0 hesablı qələbə qazanıb.