00:17 29-07-2021
news_image
347
FUTBOL

“İlk matçdan daha diqqətli oynamağa çalışacağıq” – Qurban Qurbanov

"Oyunun vacibliyini bilirik. Hər iki komanda istəklidir və qalib gəlmək istəyir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin “Aşdod”la İsraildəki cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini açıqlayıb: “Meydanda ən yaxşısını etməyə və Bakıda keçirilmiş ilk matçdan daha diqqətli oynamağa çalışacağıq. Mütləq daha diqqətli olmalı və dəqiq oynamalıyıq. Bu rəqibə çox inam vermək olmaz. Topla daha tez davranmalıyıq. Heyətdə ciddi dəyişiklik baş verməyəcək. Komanda olaraq çox istəkliyik. Futbolçular oyuna tam hazırdır".