08:14 29-07-2021
news_image
267
TOKİO-2020

Olimpiadada mübarizəni dayandırdı - Məhəmməd Abdullayev

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev (+91 kq) Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.

1/16 finalda bəhreynli Denis Latıpova qalib gələn boksçumuz özbəkistanlı Bahodir Calolovla üz-üzə gəlib. Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbəsi ilə başa çatıb.