08:19 29-07-2021
news_image
190
TOKİO-2020

Zelim Kotsoyev medalsız qaldı - Tokio-2020

Azərbaycan yığmasının daha bir cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.

Apasport.az saytının məlumatına görə, Zelim Kotsoyev yarışı medalsız başa vurub.

100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda məğlub olub.

Cüdo
29 iyul
100 kq

1/16 finalda Fransa təmsilçisi Aleksandr İddirlə qarşılaşan 23 yaşlı Zelim Kotsoyev vazari ilə qalib gəlib. Təəssüf ki, o, uğurlu çıxışını davam etdirə bilməyib. 

Kotsoyev 1/8 finalda Şadi Elnahas səddinə ilişib. Kanada idmançısı ipponla qalib gəlib. Təmsilçimiz isə mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurublar.