09:21 29-07-2021
news_image
315
TOKİO-2020

“Xəyala doğru” – İrina Zaretska

“Elə gəlirdi ki, bu ana qədər hələ çox vaxt var. Amma o, artıq yetişib”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan millisinin karateçisi İrina Zaretskaya məxsusdur.

Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanan idmançımız İstanbuldan paylaşım edib. O, yarışı səbirsizliklə gözlədiklərini gizlətməyib: “Tokioya uçuram. Özümün ilk və çox gözlənilən Olimpiadasına. Hamımız birlikdə xəyala doğru. Bizim komanda ilə”.

Qeyd edək ki, Azərbaycan millisi Tokio-2020-də üç karateçi ilə təmsil olunacaq.