09:51 29-07-2021
news_image
173
FUTBOL

Super Liqa klubuna keçdi – yığmamızın futbolçusu

Azərbaycan yığmasının futbolçusu Serkan Aydın klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, “Kocaelispor”un formasını geyinən 17 yaşlı müdafiəçi “Antalyaspor”a keçib.

Ötən mövsüm Kocaeli klubunun akademiyasında çıxış edən sol cinah oyunçusu yeni komandası ilə münasibətləri rəsmiləşdirib. U-17 yığmamızın üzvü bununla yeni mövsüm Türkiyə Super Liqasında oynamaq imkanı qazanıb.

Qeyd edək ki, “Bursaspor”un yetirməsi olan Serkan Aydın keçən il U-17 yığmamızın heyətində 2 oyun keçirib.