10:36 29-07-2021
news_image
91
FUTBOL

“Neftçi” üzərində qələbəni böyük zəfər adlandırdı – yunanıstanlı futbolçu

“Hər şey istədiyimiz kimi alındı”.

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un yarımmüdafiəçisi Giorqos Masuras Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

“Bakcell Arena”dakı matçda yeganə qolun müəllifi olan 27 yaşlı hücumameyilli oyunçu təəssüratlarını bölüşüb. O, məqsədlərinin qrupa düşmək olduğunu vurğulayıb: “Təsnifat mərhələsində böyük zəfər əldə etdik. Çempionlar Liqasında qrupa düşmək yolunda inamla irəliləyirik. Hədəfimiz məhz budur və Çempionlar Liqasının qrupunda oynamağa layiqik”.

Qeyd edək ki, “Olimpiakos” hər iki matçda 1:0 hesablı qələbə qazanaraq, III təsnifat mərhələsində “Ludoqorets”ə rəqib olub. “Neftçi” isə Avropa Liqasının III raundunda Finlandiya təmsilçisi HİK-lə qarşılaşacaq.