11:29 29-07-2021
news_image
199
FUTBOL

“Qarabağ” favorit, “Sumqayıt”la “Keşlə” şanssız – Konfrans Liqasında

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçilərinin Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri cavab matçlarının da favoritlərini müəyyənləşdirib.

Azərbaycan klublarının görüşlərində də şanslar bəlli olub. Hər üç matçda qonaqlar favorit hesab edilir.

Səfərdə “Aşdod”la (İsrail) üz-üzə gələcək “Qarabağ” matçın favoritdir. Bu gün İsraildə baş tutacaq matçda Ağdam klubunun qələbəsi 1,95, “Aşdod”un uğuru 4,10 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,14 əmsal verilib.

“Keşlə” isə “Soçi” (Rusiya) ilə ev görüşündə şanssız hesab olunur. Rusiya klubunun qələbəsi 1,50, bakılıların qalib gəlməsi 5,50-dır. Matçdakı heç-heçə 4,00-a bərabərdir.

“Sumqayıt” da Serbiya “Çukariçki”si ilə görüşdə böyük şansa malik deyil. Qonaqların qələbəsi 1,62, sumqayıtlılarınkı 5,50 ilə dəyərləndirilir. Heç-heçə əmsalı 3,58-dir.

Qeyd edək ki, klublarımızın evdəki oyunları saat 20:00-da, İsraildəki görüş 21:00-da başlayacaq.