11:42 29-07-2021
news_image
203
FUTBOL

Ya müsbət, ya mənfi balans yaradacaq – “Neftçi”

Avrokuboklar tarixində 5-ci dəfə Azərbaycan və Finlandiya klublarının yolları kəsişib.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK duellərinə qədər iki ölkə təmsilçiləri 4 sınaqda 8 oyuna çıxıb.

Hər iki komanda belə görüşlərdə ilk dəfə iştirak edəcək. Finlandiya ilə iki klubumuz – “Qarabağ”la “Keşlə” üz-üzə gəlib. Onların hərəsi iki dəfə finlərə rəqib olub. Paytaxt klubu əvvəl “Xəzər Universiteti”, sonra “İnter” kimi “suomilər”lə qarşılaşıb.

Hər iki klubumuz ilk cəhddə mübarizəni dayandırıbsa, növbəti imkanda tur adlayıb. Bir sözlə, ilk iki sınaq Finlandiyanın, sonrakı iki dənə Azərbaycan üçün uğurlu olub.

Komandalarımız 4 qələbə qazanıb və 2 dəfə uduzub. 2 matç sülhlə bitib. Top fərqi də xeyrimizədir – 8:7.

1996/97
Kuboklar kuboku

8 avqust. “Qarabağ” – “MüPa 47” (Finlandiya) - 0:1
22 avqust. “MüPa 47” (Finlandiya) - “Qarabağ” - 1:1, əlavə vaxtda
2004/05
İntertoto kuboku

4 iyul. “Tampere” (Finlandiya) – “Xəzər Universiteti” - 3:0
10 iyul. “Xəzər Universiteti” - “Tampere” (Finlandiya) - 1:0
2009/10
Avropa Liqası

30 iyul. “Honka” (Finlandiya) – “Qarabağ” - 0:1
6 avqust. “Qarabağ” - “Honka” (Finlandiya) - 2:1
2013/14
Avropa Liqası

4 iyul. “İnter” – “Mariehamn” (Finlandiya) - 1:1
11 iyul. “Mariehamn” (Finlandiya) – “İnter” - 0:2