12:09 29-07-2021
news_image
229
TOKİO-2020

San Marinodan ilk medal - Olimpiadalar tarixində

San Marino yığması Olimpiadalar tarixində ilk medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının stend atıcılığı yarışında Alessandra Perilli üçüncü yeri tutub.

O, trap növündə bürünc medala layiq görülməklə ölkə idmanının tarixinə düşüb. Bununla 34 min əhaliyə malik San-Marino Olimpiadalarda medal qazanan ən kiçik ölkə olub. Adıçəkilən ölkə Roma-1960-dan bəri dünyanın ən mötəbər multi-idman yarışında iştirak edir.

Qeyd edək ki, San-Marino Tokio-2020-yə 5 idmançı ilə qatılıb.