12:44 29-07-2021
news_image
161
FUTBOL

Uğursuz gündə - üç sınaq

Bu gün Azərbaycanın üç komandası Konfrans Liqasında meydana çıxacaq.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın meydana çıxacağı tarix təmsilçilərimiz üçün uğursuz gündür.

Azərbaycan komandaları indiyədək iyulun 29-da keçirdiyi 7 matçda yalnız 1 dəfə qalib gəlib. Bu da “Qarabağ”ın aktivinə yazılıb. 11 il əvvəl Qurban Qurbanovun yetirmələri Polşada “Visla”nın qapısından bir top keçirib. 

Daha bir matç heç-heçə bitib. Digər 5 görüşdə isə rəqiblər qalib gəlib.

29 iyul 1998. “Kəpəz” – LKS (Polşa) - 1:3
29 iyul 1998. “Dinamo” – “Arceş” (Rumıniya) - 0:2
29 iyul 2004. “Qarabağ” - “Dukla” (Banska-Bıstritsa, Slovakiya) - 0:1
29 iyul 2004. “Şəmkir” - “Tbilisi” (Gürcüstan) - 1:4
29 iyul 2008. “İnter” – “Partizan” (Serbiya) - 1:1
29 iyul 2010. “Visla” (Polşa) – “Qarabağ” - 0:1
29 iyul 2015. “Seltik” (Şotlandiya) – “Qarabağ” – 1:0