13:13 29-07-2021
news_image
305
FUTBOL

HİK-lə matçlarının saatı açıqlandı – “Neftçi”nin

“Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə cavab matçının başlama saatı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun HİK-lə ilk oyunu avqustun 3-də, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək. 

Avqustun 12-də Helsinkidə baş tutacaq qarşılaşma isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Finlandiya təmsilçisi 10 min 770 tamaşaçı tutumuna malik “Bolt Arena”dakı görüşün biletlərini bu gündən satışa çıxarıb.