13:16 29-07-2021
news_image
134
FUTBOL

“Yuventus” karantinə alındı – 1 yoluxmaya görə

“Yuventus”un futbolçusu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Hamza Rafianın testi pozitiv nəticələnib. Bu səbəbdən həm 22 yaşlı tunisli pleymeyker, həm də onun çıxış etdiyi U-23 komandası karantinə alınıb.

Oyunçulardan yenidən test götürüləcək və nəticəsi neqativ çıxacaq futbolçular karantindən çıxarılaraq, məşqlərə başlayacaq. Ancaq kollektiv başqa heç kimlə təmas qura bilməyəcək.