16:26 29-07-2021
news_image
136
FUTBOL

6 futbolçuya yeni müqavilə təklifi – “Mançester Siti”dən

“Mançester Siti” bir neçə futbolçusunu uzun müddət komandada saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu 6 oyunçusuna yeni müqavilə təklif edəcək.

Bunlar qapıçı Ederson Moraeş, müdafiəçilər Con Stounz, Ruben Diaş, yarımmüdafiəçilər Fil Foden, Riyad Marhez və hücumçu Rahim Sterlinqdir. Digər hücumçu Qabriel Jezuşla da danışıq aparılması istisna edilmir. Ancaq braziliyalının bu yay komandanı tərk etmək ehtimalı da var.

Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm Premyer Liqa çempionluğu ilə yanaşı, İngiltərə Liqa Kubokunun da qalibi olub.