13:55 29-07-2021
news_image
185
FUTBOL

“Roma” ilə anlaşdı – özbək futbolçu

Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov İtaliyada klubunu dəyişib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı hücumçu “Roma”ya keçib.

Ötən il “Rostov”u “Cenoa”ya dəyişən Şomurodovun transferini “canavarlar”ın baş məşqçisi Joze Mourinyo şəxsən tələb edib. Klublar arasında keçidlə bağlı danışıqlar müsbət yekunlaşıb. Forvard yaxın günlərdə yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Eldor Şomurodov ötən mövsüm ötən mövsüm A seriyasında 31 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə verib.