14:53 29-07-2021
news_image
238
FUTBOL

Tarixə kim düşəcək? – Konfrans Liqasında

Bu gün Azərbaycanın üç komandası Konfrans Liqasında meydana çıxacaq.

Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin cavab görüşlərində qüvvəsini sınayacaq “Sumqayıt”, “Keşlə” və “Qarabağ” tur adlamaq üçün mübarizə aparacaq.

Hər üç komandamız ilk oyunlarda qola həsrət qalıb. Bu üzdən də ilk dəfə keçirilən Konfrans Liqasında Azərbaycan təmsilçiləri hələ qol vurmayıb.

Ölkə klublarının 3 görüşü qolsuz bitib. Təmsilçilərimiz qol hesabını 4-cü, 5-ci və ya ən pis halda 6-cı qarşılaşmada aça bilər. Təbii ki, bu gün qol vurularsa.

Klublarımızın oynadığı digər qitə miqyaslı turnirlərə nəzər salsaq, ilk qol ən geci 4-cü oyunda vurulub. UEFA kuboku və Kuboklar kubokunda həsrət belə uzun sürüb. Çempionlar Liqasında artıq 3-cü görüşdə qol sevinci yaşamışıqsa, İntertoto kubokundakı rekord əlçatmazdır.

UEFA kuboku (indiki Avropa Liqası)
4-cü oyunda
22.08.1995. “Austriya” (Avstriya) – “Kəpəz” – 5:1
Yadigar Süleymanov

Kuboklar Kuboku
4-cü oyunda
22.08.1996. “MüPA” (Finlandiya) – “Qarabağ” – 1:1
Bəxtiyar Musayev

İntertoto kuboku
2-ci oyunda
28.06.1998. “Bakı fəhləsi” – “İnkaras” (Litva) – 1:0
Mahir Əliyev

Çempionlar Liqası
3-cü oyunda
22.07.1998. LKS (Polşa) – “Kəpəz” – 4:1
İmamyar Süleymanov