15:02 29-07-2021
news_image
143
FUTBOL

Bir-birinə “ilişdi” - Mbappe ilə Neymar

PSJ-nin hücumçuları Kilian Mbappe ilə Neymar bir-birlərinə müsahibə formatında bəzi suallar ünvanlayıblar.

Apasport.az saytının məlumatına görə, ilk olaraq fransalı forvard komanda yoldaşına “bu qədər uğurdan sonra daha nəyi xəyal edirsən” sualını ünvanlayıb.

Braziliyalı əsas arzusunun PSJ ilə Çempionlar Liqasını və Braziliya ilə dünya çempionluğu qazanmaq olduğunu bildirib: “Sən dünya çempionluğuna göz dikmə, çünki bu titulu mən qazanacağam”.

Mbappe də həmçinin eyni uğurlar əldə etmək istədiyini vurğulayıb və karyerasını PSJ-də davam etdirəcəyini deyib: “Mənim də əsas hədəfim PSJ-nin heyətində Çempionlar Liqasını qazanmaqdır. Bu, fantastik olardı. Təbii ki, növbəti dünya çempionluğu da əla səslənərdi”.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Kilian Mbappe “Real”ın transfer gündəmindədir.