21:32 29-07-2021
news_image
104
FUTBOL

Elvin Bədəlov sıradan çıxdı – “Sumqayıt”da

“Sumqayıt” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin müdafiəçisi Elvin Bədəlov sıradan çıxıb.

Konfrans Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə görüşün 68-ci dəqiqəsində zədələnən milli komandanın üzvü mübarizəni davam etdirə bilməyib. Onun əvəzinə Səbuhi Abdullazadə meydana daxil olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Çukariçki” 2:0 hesabı ilə öndədir.