00:59 30-07-2021
news_image
898
FUTBOL

“Qarabağ”ın növbəti rəqibi dəqiqləşdi – Konfrans Liqasında

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Kiprin AEL klubu ilə qarşılaşacaq. 

Limassollular II təsnifat mərhələsində “Vlajnia”nı (Albaniya) mübarizədən kənarlaşdırmaqla Qurban Qurbanovun komandasına rəqib olublar. Evdə 1:0 hesabı ilə qələbə qazanan AEL səfərdə də eyni hesabla qalib gəlib. 

“Qarabağ” kiprlilərlə ilk matçı avqustun 5-də səfərdə, cavab oyununu 1 həftə sonra evdə keçirəcək. 

Qeyd edək ki, Premyer Liqanın gümüş mükafatçısı II təsnifat mərhələsində “Aşdod”dan (İsrail) güclü olub – 0:0, 1:0.