09:16 30-07-2021
news_image
669
FUTBOL

“Qarabağ”dan sıçrayış, “Neftçi” gerilədi – UEFA reytinqi

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycanın 7 klubu yer alıb.

Baş tutan qarşılaşmalardan sonra siyahıda bəzi dəyişikliklər olub. Bu, Azərbaycan klublarından yalnız ikisinin mövqeyinə təsir edib. 

Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. İsraildə “Aşdod”u 1:0 hesabı ilə üstələyərək mərhələ keçən ağdamlılar 70-ci pilləyə yüksəlib. 

Premyer Liqanın vitse-çempionu 7 pilləlik sıçrayışa nail olub. 18,000 xala malik təmsilçimiz “Alkmaar”, “Feyenoord” və APOEL-lə eyni xala malikdir. 

7,000 xala malik “Neftçi” 1 pillə geriləyərək 152-ci sıraya enib. 8 pillə yuvarlanan “Keşlə” 4,000 275-ci sıraya düşüb.

296-cı yerə enən “Qəbələ” 3,500 xalı var. “Qırmızı-qaralar” 3 pilləlik geriləməyə üzülüb.

Digər klublarımız - “Sumqayıt”, “Səbail” və “Zirə” 2,675 xalla 342-cidir. Onlar 1 pillə geriləyib.

Qeyd edək ki, 433 komandanın yer aldığı cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.