10:36 30-07-2021
news_image
319
FUTBOL

“Qarabağ”dan “Qarabağ”a qədər – sindrom ilklərlə İsrailə qırıldı

Azərbaycan klublarının avrokuboklardakı İsrail sindormu qırılıb.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz 22 ildən sonra bu ölkədən olan komandaya qalib gəlib.

Buna Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında təsadüf olunub. “Qarabağ” İsrail səfərində “Aşdod”a 1:0 hesabı ilə qalib gəlib.

Bunadək yeganə qələbəmiz də Ağdam klubunun hesabında idi. “Qarabağ” 1999-cu ildə “Makkabi”ni (Hayfa) səfərdə 2:1 hesabı ilə üstələyib.

Arxada qalan 22 ildə baş tutan 14 matçda təmsilçilərimiz qalib gəlməyib. Komandalarımız 5 heç-heçə edib və 9 dəfə uduzub.

Qeyd edək ki, bu, həm də klublarımızın Konfrans Liqasında ilk qələbəsi, həm də ilk dəfə mərhələ adlaması kimi tarixə düşüb.