22:01 30-07-2021
news_image
155
FUTBOL

“7”yə və “7-liy”ə çatdı – Ozobiç

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının hesabladığı cədvəldə Filip Ozobiç irəliləyib.

“Qarabağ”ın milliləşən xorvatiyalı legioneri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fərqlənib. İsraildə “Aşdod”un qapısına yol tapan yarımmüdafiəçi Azərbaycan klubları üçün 7-ci avrokubok qoluna imza atıb.

Qol sayında “7”yə çatan Ozobiç bunu daha öncə bacaran “7-liy”ə də qoşulub.

Qollarını “Qəbələ” və “Qarabağ”da vuran Filip bu siyahıda 5-ci yerə şərik olub. O, Rəşad Sadıqov, Markus Madera Migel və Əfran İsmayılova çatıb.

Azərbaycan klublarının rekordu isə Reynaldoya məxsusdur. Braziliyalı “Qarabağ”da 11 qola imza atıb. 

1. Reynaldo Silva - 11
2-4. Rəşad Sadiqov - 8
Riçard Almeyda - 8
Dani Kintana - 8
5-8. Rəşad Sadıqov - 7
Markus Madera Migel - 7
Əfran İsmayılov - 7
Filip Ozobiç - 7