00:25 31-07-2021
news_image
141
FUTBOL

Yeni müqaviləyə razılıq vermir – “Barselona”nın vitse-kapitanları

“Barselona” rəhbərliyi vitse-kapitanlar Serxio Buskets, Serxi Roberto və Jordi Alba ilə danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar maaşların azaldılması şərtilə növbəti dəfə yeni müqavilə təklif edib.

Adıçəkilən oyunçulardan Buskets və Robertonun meneceri klubun bazasına yollansa da, danışıq uğursuz nəticələnib. Onlar maaş azaldılmasına razılıq verməyiblər. Rəhbərlik avqustun 15-də onlarla növbəti görüş təyin edib.

Qeyd edək ki, “Barselona” müqavilə müddəti başa çatan əsas kapitan Lionel Messi ilə maaşının 50 faiz azaldılması şərtilə yeni 5 illik sözləşmə bağlamaqda ortaq məxrəcə gəlib.