20:48 30-07-2021
news_image
253
FUTBOL

Bu dəfə uduzdu – “Zirə”

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” və “Zirə” növbəti yoxlama oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, qarşılaşmaya daha fəal başlayan “Qəbələ” erkən qola sevinib. 

10-cu dəqiqədə Yaovi Akakpo fərqlənib. Fasiləyədək hər iki komanda hücumlar təşkil etsə də, hesab dəyişməz qalıb. 59-cu dəqiqədə “Zirə” hesaba tarazlıq gətirən qola imza atıb. Bakılıların qolunun müəllifi Velvis Santos olub. Lakin “qırmızı-qaralar”ın hücumları bəhrəsini verib. 87-ci dəqiqədə fərqlənən Kamal Mirzəyev “Qəbələ”yə 2:1 hesablı qələbə qazandırıb.

Yoxlama oyunu
"Qəbələ" - "Zirə" - 2:1

Yaovi Akakpo, 10, Kamal Mirzəyev, 87 - Velvis Santos, 59

Qeyd edək ki, “qırmızı-qaralar” bunadək Bakı toplanışında iki oyun keçirib. Onlar öncə “Zirə” (0:3), ardınca “Səbail”lə (3:2) görüşüb.