07:51 31-07-2021
news_image
202
TOKİO-2020

Olimpiada ilə vidalaşdı – Çələbiyev

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.

63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda ermənistanlı Ovanes Baçkovla üz-üzə gəlib. Çələbiyev 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olaraq, Olimpiada ilə vidalaşıb.