08:25 31-07-2021
news_image
279
TOKİO-2020

“Hakimlərin haqsızlığı oldu” - boksçumuz

“Qələbə gözləyirdim. Mənə elə gəlir ki, burada hakimlərin haqsızlığı oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan boksçusu Cavid Çələbiyev deyib. 

Dünya çempionumuz Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 finalında ermənistanlı Ovanes Baçkovla döyüşünü şərh edib. O bildirib ki, məğlubiyyətinə hakim haqsızlığı səbəb olub: “Birinci raundu qazanmışdım. İkinci hissəni də aktivimə yazmışdım. Ancaq hakimlərin haqsızlığı oldu. Olimpiya Oyunlarında həmişə belə hal yaşanır. Yenə də haqsızlıqla qarşılaşdıq. Mən birinci və ikinci raundu təmiz aparmışdım. Sadəcə yekunda qələbəni qarşı tərəfə verdilər. Bu hakimlərin bir daha haqsızlığından irəli gəlir”.