11:18 31-07-2021
news_image
134
FUTBOL

Futbolçusunu icarəyə göndərdi - “Çelsi”

İngiltərənin “Çelsi” klubunun futbolçusu Konnor Qallaherin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Premyer Liqanın digər klubu “Kristal Pelas”da çıxış edəcək.

Konnor yeni komandasına icarəyə verilib. O, qarşıdakı mövsümü “Kristal Pelas”da keçirəcək.

Qeyd edək ki, Qallaher ötən mövsümü də icarədə, amma “Vest Bromviç”də keçirib.