21:38 31-07-2021
news_image
193
FUTBOL

40 milyon avro – Mbappeyə bonus

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappenin qazana biləcəyi bonusun məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, hücumçu 40 milyon avro qazana bilər.

Bunun üçün fransalı İspaniya “Real”ına azad agent kimi keçməlidir. 22 yaşlı forvardın müqaviləsi gələn yay başa çatır. 

Qeyd edək ki, Mbappenin transfer qiyməti 160 milyon avrodur.