14:07 31-07-2021
news_image
207
FUTBOL

16 yaşında öldü – “Ayaks”ın futbolçusu

Niderlandın “Ayaks” klubunun futbolçusu Noa Qesser 16 yaşında ölüb.

Apasport.az saytının məlumatına görə, buna yol nəqliyyat hadisəsi səbəb olub.

Qesserin olduğu avtomobil əks zolağa çıxaraq taksi ilə toqquşub. Nəticədə Noa və 18 yaşlı qardaşı vəfat edib. Taksinin sürücüsü xəstəxanaya yerləşdirilib.

“Ayaks” “Leypsiq”lə bugünkü yoxlama oyununa qara sarğı ilə çıxacaq, matçdan öncə bir dəqiqəlik sükut olacaq. Klubun bazasındakı bayraqlar endiriləcək.

Qeyd edək ki, Qesser 2018-ci ildə “Alfens Boys”dan transfer olunub.